Bakı. Trend:
Azərbaycan U-15 millisi sentyabrın 19-dək Milli KomandalarınTəlim-Məşq Mərkəzində hazırlıq keçəcək.
Trend xəbərverir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.
Yığmamız toplanış çərçivəsində Monteneqronun müvafiq yaşqrupundan ibarət komandası ilə iki yoxlama oyunu keçirəcək.
Matçların sentyabrın 16-da və 18-də Binə stadionunda təşkilinəzərdə tutulur. Qarşılaşmaların saat 16:00-da başlanmasıplanlaşdırılır.