RU

Hakan Fidan sabah Dohaya gedəcək

Türkiyənin xarici işlər naziri Hakan Fidan İslam Əməkdaşlıq Təşkilatı (İƏT) və Ərəb Liqasının (ƏL) Fövqəladə Zirvə görüşünə hazırlıq çərçivəsində sentyabrın 14-də Dohada keçiriləcək Xarici İşlər Nazirləri toplantısında iştirak edəcək.

Moderator.az Türkiyə XİN-ə istinadən xəbər verir ki, İƏT və ƏL-in Fövqəladə Zirvə toplantısına təqdim olunacaq qətnamə layihəsi xarici işlər nazirlərinin hazırlıq görüşündə müzakirə olunacaq. 

Qeyd edək ki, dövlət başçıları səviyyəsində sentyabrın 15-də keçiriləcək zirvə görüşü sentyabrın 9-da İsrailin Dohaya hücumundan sonra Qətərin dəvəti, İƏT Xarici İşlər Nazirləri Şurasının hazırkı sədri Türkiyənin dəstəyi ilə baş tutacaq. 

Bu tədbir İsrailin 7 oktyabr 2023-cü il tarixindən etibarən Qəzzaya etdiyi hücumların ardınca keçirilməyə başlayan və daha sonra Livan, Suriya, Yəmən və İran kimi regional ölkələrə hücumları əhatə edəcək şəkildə genişlənən İƏT-AL Fövqəladə Birgə Zirvə toplantılarının üçüncüsü olacaq.

Избранный
42
5
moderator.az

6Источники