RU

FHN tərəfindən silsilə maarifləndirmə tədbirləri keçirilib

Fövqəladə Hallar Nazirliyinin aidiyyəti qurumları tərəfindən fövqəladə hallarla bağlı davranış qaydaları barədə əhalinin maarifləndirilməsi məqsədilə silsilə tədbirlər keçirilib.

XQ xəbər verir ki, FHN-in Dövlət Yanğın Nəzarəti, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət xidmətlərinin mütəxəssislərinin də iştirakı ilə Sumqayıt Regional Mərkəzi tərəfindən Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının N saylı hərbi hissəsində, Sumqayıt şəhər 11 və 64 nömrəli körpələr evi-uşaq bağçalarında, Şimal-qərb Regional Mərkəzi tərəfindən Qəbələ Beynəlxaq Hava Limanında və Qobustan rayon Heydər Əliyev Mərkəzində, Muğan Regional Mərkəzi tərəfindən Sabirabad rayon Gənclər Evində, Aran Regional Mərkəzi tərəfindən Naftalan şəhər və Yevlax rayon Gigiyena və Epidemiologiya mərkəzlərində, Zərdab rayon Mərkəzi Kitabxanasında və Ağdaş şəhər bələdiyyəsində maarifləndirmə tədbiriləri keçirilib.

Tədbirlərin keçirilməsində məqsəd baş verə biləcək təbii və texnogen xarakterli fövqəladə hadisələrlə bağlı zəruri davranış qaydaları barədə vətəndaşlara müvafiq biliklərin verilməsi olub.

Tədbirlərdə fövqəladə halların təsnifatı, ölkəmiz üçün xarakterik olan fövqəladə hallar, o cümlədən yanğınların başvermə səbəbləri və bu zaman zəruri davranış qaydaları barədə ətraflı məlumat verilib, FHN-in “112” qaynar telefon xəttinin təyinatı izah olunub, sularda təhlükəsizliklə bağlı məsələlər diqqətə çatdırılıb və ilkin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları əyani şəkildə nümayiş etdirilib.

İnteraktiv formada keçirilən tədbirlər zamanı suallar ətraflı cavablandırılıb

Избранный
15
10
xalqqazeti.az

10Источники