RU

Rusiya qəbirqazma üzrə dünya çempionatında sonuncu yeri tutdu

Macarıstan qəribə beynəlxalq yarışa görə gündəmə gəlib.

Publika.az xəbər verir ki, söhbət qəbirqazma üzrə dünya çempionatından gedir. Rusiyalı məzarqazanlar artıq yarışda sonuncu yeri tutublar. Bu barədə SHOT Telegram kanalı məlumat yayıb.

"Macarıstan Qəbirqazanlar Assosiasiyasının təşkilatçılığı ilə Şeksard şəhərində qeyri-adi turnir keçirilib. Müsabiqənin birinci mərhələsində iştirakçılar iki saat ərzində müəyyən forma və ölçüdə çuxur qazmalı idilər. Rusiyanı sonuncu yeri tutmuş Sibirdən olan qəbirqazanlar komandası təmsil edib. Meydan sahibləri macarlar yarışın çempionu olublar", - nəşr yazıb.

Xatırladaq ki, 2022-ci il fevralın sonunda, Ukrayna müharibəsi başlayandan sonra Beynəlxalq Olimpiya Komitəsi (BOK) beynəlxalq idman federasiyalarına müraciət edərək, Rusiya və Belarus idmançılarını heç bir yarışa buraxmamağı tövsiyə edib.

Избранный
38
publika.az

1Источники