Azərbaycanın çimərlik futbolu millisi Avropa çempionatının final mərhələsində növbəti oyununu keçirib.


Rekord.az xəbər verir ki, B Liqasında mübarizə aparan yığma yarımfinalda Rumıniya kollektivi ilə üz-üzə gəlib.


Qarşılaşma rəqibin 5:3 hesablı qələbəsi ilə yekunlaşıb. Azərbaycan millisi 3-cü yer uğrunda, sentyabrın 14-də Qazaxıstan seçməsi ilə qarşılaşacaq.


Komanda daha əvvəl A qrupunda Belçikanı (5:4) məğlub edib, Litvaya (1:2) uduzub.