RU

Keçmiş məcburi köçkün: Doğma torpaqlarda yeni həyata başlayırıq VİDEO

Azertag portalından verilən məlumata əsasən, ain.az bildirir.

Xocalı, 13 sentyabr, Tahir Ağaməmmədov, AZƏRTAC

“Mən məcburi köçkün düşəndə 24 yaşım var idi. Şəki rayonunda məskunlaşmışdıq. Çətinliklərimiz çox olsa da, dövlət hər zaman dayağımız olub. Bu gün isə doğma torpaqlarda yeni həyata başlayırıq”.

Bu sözləri AZƏRTAC-ın bölgə müxbirinə bu gün Xocalı rayonunun Seyidbəyli kəndinə köç edən keçmiş məcburi köçkün Sultan Əsədov deyib.

“Çox sevinirik, 33 ildən sonra yenidən bu yerlərə qayıtmışıq. Xocalı torpağı çox müqəddəsdir. Burada həm hərbçilərimizin, həm də mülki əhalinin qanı tökülüb. Allah şəhidlərimizə rəhmət eləsin”, - deyə o bildirib.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
11
3
azertag.az

4Источники