Misli Premyer Liqasının 4-cü turu çərçivəsində keçirilən "İmişli" - "Sumqayıt" matçında meydan sahibləri ciddi qayda pozuntusuna yol veriblər. "Rekord.az" xəbər verir ki, liqanın debütantı adı oyunun iştirak ərizəsində olmayan futbolçunu - İbrahim Əliyevi (N22) meydana buraxıblar. 


Buna görə "İmişli"yə AFFA İntizam Məcəlləsinin 50-ci maddəsinə əsasən texniki məğlubiyyət (0:3)  verilməlidir.


Maraqlıdır ki, qarşılaşma "İmişli"nin 1:0 hesablı qələbəsiylə davam edir.