RU

BƏƏ də inklüzivlik məsələlərinə həsr olunmuş Dünya Konfransı keçiriləcək

ain.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Qahirə, 13 sentyabr, AZƏRTAC

Sentyabrın 15-də BƏƏ-də Şarcə Ekspo Mərkəzində "Biz birgəyik" şüarı altında Dünya Konfransı işinə başlayacaq. Tədbirdə 74 ölkənin və 125 qurumun nümayəndələrinin, eləcə də 134 ictimai şəxsin iştirakı gözlənilir.

AZƏRTAC BƏƏ-nin xəbər agentliyinə istinadla bildirir ki, konfrans çərçivəsində keçiriləcək 59 sessiyada inklüzivlik məsələləri, əqli geriliyi olan şəxslərin reabilitasiyası, onların və ailələrinin cəmiyyətə inteqrasiyası ilə bağlı mövzular müzakirə ediləcək.

Şıxəli Əliyev

AZƏRTAC-ın xüsusi müxbiri

Qahirə

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
9
2
azertag.az

3Источники