RU

NATO hərəkətə keçdi: Silahla dolu hərbi təyyarə Polşaya enib

Polşa Silahlı Qüvvələrinin Baş Qərargahı NATO-nun “Şərq Mühafizi” əməliyyatı çərçivəsində Fransaya məxsus “Airbus A400M” Atlas hərbi-nəqliyyat təyyarəsinin eniş görüntülərini yayıb.

News365.az xəbər verir ki, təyyarə Polşada yerləşdirilən “Rafale” qırıcıları üçün silah-sursat gətirərək Minsk-Mazovetski aviabazasına enib.

Bu addım Polşanın hava məkanının Rusiya pilotsuz uçan aparatları tərəfindən pozulmasından sonra atılıb.

Əməliyyatın əsas məqsədi NATO-nun şərq cinahının müdafiəsini gücləndirmək və regionun təhlükəsizliyini təmin etməkdir.

Избранный
53
2
news365.az

10Источники