RU

Bir-iki günə tamamilə fərqli məlumatlar eşidəcəyik - ZELENSKİ

Ukrayna prezidenti Volodimir Zelenski Rusiyanın şərq cəbhəsində üstünlük qazandığı barədə bütün açıqlamaları “dezinformasiya” adlandırıb və Moskvanın hərbi uğursuzluqlarını informasiya hücumları ilə kompensasiya etdiyini bildirib.

Modern.az xəbər verir ki, Zelenski bu sözləri Viktor Pinçukun təşəbbüsü ilə təşkil edilən YES 2025 illik konfransında səsləndirib.

Onun sözlərinə görə, Rusiya ordusunun say üstünlüyü və dronlardan istifadə etməsi vəziyyəti çətinləşdirir, lakin Ukrayna cəbhə xəttinə nəzarəti saxlayır və rusların irəliləyişini dayandırır:

“Ruslar dezinformasiya kampaniyasını döyüş meydanından daha yaxşı aparırlar. Onlar şərq haqda bu qədər danışırlarsa, deməli, məhz orada məhv ediləcək. Bir-iki günə tamamilə fərqli məlumatlar eşidəcəyik”.

Zelenski bildirib ki, Moskva təzyiqi artırsa da, Sumsı, Novopavlovski və Pokrovski istiqamətlərindəki bütün hücumlar iki ay ərzində darmadağın edilib.

Zelenski həmçinin iddia edilən “üç aya şərqi ələ keçirəcəklər” bəyanatlarına cavab verib:

“Ağ Evdə eşitdiyim kimi, guya onlar üç aya şərqi işğal edəcəklər, yalandır. Onların bunu illərlə etməsi də mümkün olmayacaq. Amma heç kim illərlə müharibə aparmaq istəmir”.

Prezidentin sözlərinə görə, Kreml informasiya hücumlarına daha çox güvənir, çünki döyüş meydanında uğur qazana bilmir.

Избранный
19
1
modern.az

2Источники