RU

San-Marino Qran-prisinin sprint yarışında qalib bilindi

Bu gün San-Marino Respublikasının Mizano-Adriatiko şəhərində mövsümün 16-cı mərhələsi olan MotoGP üzrə San-Marino Qran-prisinin sprint yarışı keçirilib.

90deqiqe.Az-ın məlumatına görə,  26 yaşlı italiyalı pilot Marko Bedzekki (“Aprilia”) finiş xəttini birinci keçərək qələbə qazanıb. İkinci yeri ispan idmançı Aleks Markes (“Ducati”), üçüncü yeri isə daha bir italiyalı — Fabio Di Kannantonio (“Ducati”) tutub.

Mövsümün lideri Mark Markes (“Ducati”) yarışı 4-cü yerdən başlayaraq 6-cı dövrədə liderliyi ələ alıb. Lakin dərhal sonra qəzaya uğrayaraq mübarizəni dayandırıb. İspan pilotun yıxılması tribunadakı azarkeşlər tərəfindən alqışlarla qarşılanıb.

Yarışın nəticələri (14 dövrə):

Marko Bedzekki (“Aprilia”)

Aleks Markes (“Ducati”) +1.000

Fabio Di Cannantonio (“Ducati”) +2.551

Franko Morbidelli (“Ducati”) +3.526

Pedro Akosta (“KTM”) +6.834

Fermin Aldeger (“Ducati”) +6.960

Luka Marini (“Honda”) +9.307

Xorxe Martin (“Aprilia”) +11.027

Raul Fernandes (“Aprilia”) +11.594

Enea Bastyanini (“KTM”) +12.928

Избранный
18
90deqiqe.az

1Источники