RU

İraqlı assuriyalı fəal Fransada canlı yayımda öldürülüb

ain.az, Apa.az portalına istinadən məlumat yayır.

Fransada yaşayan iraqlı assuriyalı fəal canlı yayım zamanı bıçaqlanaraq öldürülüb.

APA xəbər verir ki, Fransanın Lion şəhərində yaşayan 45 yaşlı fəal Aşur Sarnaya sentyabrın 10-da axşam saatlarında sosial şəbəkədə canlı yayım açdığı zaman evinin qarşısında bıçaqlanaraq öldürülüb.

Sarnayanın boğazını bıçaqla kəsən şəxslər qaçaraq gözdən itiblər.

Qeyd edək ki, İraqın Kürdüstan bölgəsindən olan və bir müddətdir Fransada yaşayan Sarnaya TikTok paylaşımlarında çoxsaylı ölüm təhdidləri aldığını bildirib.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
22
2
apa.az

3Источники