RU

Sosial mediada xoşbəxt görünən cütlüklər əslində bədbəxtdir?

18-50 yaş arası 2.000 cütlüklə aparılan sorğu onların xoşbəxtlik səviyyələrini və sosial media vərdişlərini araşdırıb. Nəticələr göstərib ki, xoşbəxt cütlüklərin tərəfdaşlarını sosial mediada paylaşmaq ehtimalı daha aşağıdır. Həftədə üç və ya daha çox “selfie” paylaşanlar, daha ehtiyatlı olanlara nisbətən 128% daha çox bədbəxtdir.

Shotkit tərəfindən aparılan sorğuda iştirakçılardan münasibətlərini səmimiyyət, ünsiyyət və etibar baxımından qiymətləndirmələri və onlayn nə qədər “cütlük məzmunu” paylaşdıqları soruşulub.

İnsanların yarısından çoxu (%52) münasibət fotolarını mütəmadi olaraq (həftədə 3+ dəfə) paylaşır, cütlüklərin 24%-i isə yalnız ildönümü kimi xüsusi günlərdə paylaşım edir. Cütlüklərin 8%-i isə ümumiyyətlə paylaşım etmir.

Sorğuda iştirak edən “selfie həvəskarı” cütlüklərin yalnız 10%-i özlərini “çox xoşbəxt” hesab edib. Əksinə, sosial mediada çox az paylaşım edən cütlüklərin demək olar ki, yarısı (46%) münasibətlərini “çox xoşbəxt” kimi dəyərləndirib.

Paylaşım etməyən və ya nadir hallarda paylaşım edən iştirakçılar səbəb kimi “məxfilik”, “çəkinmə” və “sosial medianı aktiv istifadə etməmək” amillərini göstəriblər.

Hazırda TikTok ən populyar sosial media platforması kimi görünsə də, cütlüklər üçün ən çox paylaşım edilən platforma Facebook (%73) olub, onu Instagram (%65) və TikTok (%44) izləyib.

Yaşca daha böyük olan Y nəsli gənc Z nəslinə nisbətən daha çox paylaşım edir. Z nəslinin 40%-i, Y nəslinin isə 64%-i mütəmadi olaraq cütlük həyatı ilə bağlı paylaşım edir. Sorğunu keçirənlər qeyd ediblər ki, “Y və Z nəsillərinin sağlam münasibətləri arasında xoşbəxtlik fərqinin olduğunu irəli sürmək mümkündür.”

Cütlüklərin münasibətlərini onlayn paylaşmalarının əsas səbəbi isə tərəflərdən birinin və ya hər ikisinin “paylaşmayanda inciməsi” olub.
Избранный
49
1
sherg.az

2Источники