RU

Flik Yamala görə İspaniya millisini tənqid edib

"Barselona"nın baş məşqçisi Hansi Flik Lamin Yamalla bağlı yaranmış vəziyyətlə bağlı İspaniya millisi haqda sərt danışıb.

İdman.biz-in məlumatına görə, "Barselona"nın çalışdırıcısı 18 yaşlı vingerin La Liqanın 4-cü turunda "Valensiya" ilə "Kamp Nou"da keçiriləcək matçı buraxacağını təsdiqləyib və futbolçunun millidəki çıxışı zamanı artıq səhhətində problemlər olduğunu vurğulayıb.

Belindəki ağrılara və matçlar arasında məşq etməməsinəd baxmayaraq, Yamal Bolqarıstana qarşı 79 dəqiqə, Türkiyəyə qarşı isə 73 dəqiqə oynayıb. Mətbuat konfransında Flik "Lamin Yamal sabah olmayacaq, biabırçılıqdır. O, millidə ağrısı ola-ola oynayıb və bu, futbolçulara diqqətsizliyin təzahürüdür" deyib.

Daha əvvəl İspaniyanın "Mundo Deportivo" nəşri Yamalın yığmaya gəlməmişdən əvvəl belindəki narahatlıqla mübarizə apardığını yazıb. İndi "Barselona" gənc forvardın yerinə oyunçu axtarmağa məcburdur və Markus Reşford "Valensiya" ilə qarşılaşmada onun yerini tuta bilər.

İdman.biz

Избранный
39
idman.biz

1Источники