RU

C vitamininin payızda faydaları: Nələri düz bilmirik?

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



"Payızda C vitamini və digər qida əlavələrinin nəzarətsiz şəkildə istifadəsi soyuqdəymə riskini azaltmır və xəstəliyin gedişatını yüngülləşdirmir".
Oxu.Az-ın xəbərinə görə, bu barədə rusiyalı professor, Avropa Tibb Mərkəzinin daxili xəstəliklər klinikasının rəhbəri və terapevt Svetlana Kanevskaya Gazeta.ru nəşrinə müsahibəsində danışıb.
Əvvəlki tədqiqatlar göstərib ki, C vitamini həqiqətən də immunitet sistemini dəstəkləməyə qadirdir. Lakin belə təsir təbii olaraq əldə edilir, o şərtlə ki, bədəndə maddənin konsentrasiyası norma həddinə olsun. Kanevskayanın sözlərinə görə, C vitamini çox yüksək dozada qəbul edildikdə, artıq doza heç bir fayda gətirmir.
"Əgər bir insanda laborator təsdiqlənmiş çatışmazlıq yoxdursa, C vitamini, sink və ya multivitaminlərin yüksək dozaları zərərli ola bilər - qaraciyər və ya böyrəklərin həddindən artıq yüklənməsinə, həmçinin vitamin və mineralların balanssızlığına gətirib çıxara bilər. Bu ona görə baş verir ki, bəzi maddələrin hədddən artıq olması digərlərinin udulmasını bloklaya bilər", - deyə Svetlana Kanevskaya qeyd edib.
Həkim vurğulayıb ki, C vitamininin həddindən artıq dozası böyrək daşı olan insanlar üçün xüsusilə təhlükəlidir. İş orasındadır ki, askorbin turşusu emal edildikdə başqa bir turşuya - oksalata çevrilir. Sidikdə oksalatın konsentrasiyası yüksək olduqda isə o, kalsiumla birləşərək kristallar əmələ gətirir.
Mütəxəssisin sözlərinə görə, insanın immun müdafiəsini formalaşdırmaq və mühafizə etmək üçün illər lazımdır. Bu prosesdə əsas əhəmiyyəti "möcüzəvi" həblərin və tozların birdəfəlik qəbulu deyil, keyfiyyətli yuxu, tam şəkildə qidalanma, fiziki aktivlik, stressin idarə edilməsi və xroniki xəstəliklərə nəzarət təşkil edir.
Избранный
1
2
oxu.az

10Источники