RU

"Milli komandada yerli baş məşqçi işləsə, daha yaxşı olar" - Kaxaber Sxadadze

"Qəbələ" Misli premyer-liqasının 4-cü tur matçında "Turan Tovuz"un meydanından məğlub ayrıldı - 0:1.

"Football-plus.az" xəbər verir ki, "qırmızı-qaralar"ın baş məşqçisi Kaxaber Sxadadze oyunsonrası mətbuat konfransında jurnalistlərin suallarını cavabladı.

- Gərəksiz qol buraxdıq. Əslində komanda yaxşı oynayır, amma qol vəziyyətlərindən istifadə edə bilmirik. Klubda da hər kəs bilir ki, heyətin gücləndirilməsinə ehtiyac var. Bu istiqamətdə işlər aparılır.

- İlk 4 tur çərçivəsində güclü komandalara qarşı oynadığınızı qeyd etmək olar?
- Təqvim haqda ilk 4 turun ağır olduğunu deyə bilərik. Ancaq hansı turda olmasından asılı olmayaraq, bu komandalarla oynamalı idik. Bu oyuna gəlsək, səmimi deyə bilərəm ki, rəqib bizi çox üstələmədi. Ehtiyat oyunçularımız azdı. Komandada rəqabət olmalıdı. Öftən oyunlara baxsaq, yalnız "Araz-Naxçıvan" bizi çox üstələdi. 

- Bilindiyi kimi, Azərbaycan millisi baş məşqçi axtarışındadı. Yığmada yerli baş məşqçinin olması effektiv ola, yoxsa xarici?
- Axı hazırda millinin baş məşqçisi var: Ayxan Abbasov (gülür). Fikrimcə, milli komandada yerli baş məşqçi işləsə, daha yaxşı olar. Çünki, mən özüm də bir vaxtlar Gürcüstan millisində çalışmışam. Bu elə məsələdi ki, millidə baş məşqçinin oyunçularla çalışmağa çox vaxtı olmur. Futbolçuları qısa müddətdə oyunlara hazırlamaq lazımdı. Psixoloji baxımdan baş məşqçinin oyunçulara ötürmək istədiyi fikri yerli məşqçi daha yaxşı edə bilər. Birəbir ünsiyyət həmin anda daha faydalı olur. Ayxan Abbasovun millidə olmağı özünü komandanın performansında büruzə verdi. Mən demirəm ki, Santuş zəif məşqçidi. Amma yenə bildirirəm ki, yerli məşqçi olsa, daha uğurlu ola bilər.

Избранный
15
8
football-plus.az

9Источники