RU

Türkiyə basketbol millisi Avropa çempionatının finalında bu gün Almaniya ilə qarşılaşacaq

Azertag portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Bakı, 14 sentyabr, AZƏRTAC

Bu gün kişi basketbolçular arasında Avropa çempionatının mükafatçıları bəlli olacaq.

AZƏRTAC xəbər verir ki, finalda Türkiyə və Almaniya yığmaları qarşılaşacaq. Görüş Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.

Bu matçdan əvvəl isə üçüncü yer uğrunda görüş keçiriləcək. Həmin oyunda Yunanıstan millisi Finlandiya seçməsini sınağa çəkəcək. Qarşılaşma saat 18:00-da start götürəcək.

Qeyd edək ki, hər iki oyun turnirə evsahibliyi edən Litvanın paytaxtı Riqa şəhərindəki “Ksiomi Arena"da keçiriləcək.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
46
3
azertag.az

4Источники