RU

Yaponiyada 100 və daha çox yaşı olanların sayı rekord həddə çatıb

Yaponiyada 100 və daha çox yaşda olan insanların sayı rekord səviyyəyə çatıb.

Xezerxeber.az-ın xəbərinə görə, bu barədə Yaponiya Səhiyyə Nazirliyi məlumat yayıb.

Məlumata görə, bu il ölkədə 100 yaşını keçmiş şəxslərin ümumi sayı 99 763 nəfərə yüksəlib. Bu göstərici son 55 il ərzində fasiləsiz olaraq artım tendensiyası nümayiş etdirir. Ölkədəki uzunömürlülərin təxminən 88 faizi qadınlardır. 

Yaponiyanın ən yaşlı sakini 114 yaşlı Şigeko Kaqavadır. Uzunömürlü qadın Nara prefekturasının Yamato-Koriyama şəhərində yaşayır. Ən yaşlı kişi isə 111 yaşlı Kiyetaka Mizuno olub, o İvata şəhərində yaşayır.

Yaponiya hökuməti bu göstəricini ölkənin sosial rifah sisteminin və sağlam həyat tərzinin nəticəsi kimi qiymətləndirir. Səhiyyə naziri Takamaro Fukoka, 87 784 qadın və 11 979 kişini uzunömürlülük münasibətilə təbrik edib.

Избранный
24
8
xezerxeber.az

9Источники