RU

KİV: Stubb və Conson Kiyevdə ictimai mübahisə ediblər

ain.az, Azxeber.com saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Böyük Britaniyanın sabiq baş naziri Boris Conson və Finlandiya Prezidenti Aleksandr Stubb Kiyevdə keçirilən konfransda ictimai mübahisəyə səbəb olublar.

AZXEBER.COM xəbər verir ki, bu barədə Finlandiyanın "Iltalehti" nəşri yazır.

Siyasətçilər arasında fikir ayrılığı Ukraynanın təhlükəsizlik zəmanətləri məsələsi ilə bağlı başlayıb. Finlandiya Prezidenti sabiq baş nazirə Böyük Britaniyanın Avropa İttifaqından çıxmasını xatırladıb, Conson isə, öz növbəsində, dövlət başçısını fəaliyyətsizlikdə və boş sözlərdə ittiham edib.

"Bunu sizin iştirakınızda demək istəmirəm, amma Ukrayna üçün ən yaxşı təhlükəsizlik zəmanətlərindən biri Avropa İttifaqına üzvlük olardı", - nəşr Stubbun sözlərini sitat gətirib.

Conson cavabında bildirib ki, "İstəklilər Koalisiyası" adlandırılan qurum fəaliyyətsizdir və Ukraynaya hərbi kontingent göndərmir. O, ironik şəkildə əlavə edib ki, bu məsələdə Rusiyanın hətta "veto hüququ" belə var.

///"Report"

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
53
4
azxeber.com

5Источники