RU

Alim Nəbiyev MMA da debütü qələbə ilə başladı

Bakivaxti saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Bu gün Bakıda keçirilən turnirdə 7 qat dünya, 3 qat Avropa çempionu Alim Nəbiyev MMA üzrə ilk döyüşünə çıxıb.

Bakıvaxtı.az-ın məlumatına görə, onun rəqibi iranlı idmançı Nezhad Vahid olub.

Döyüşün taleyi birinci raundda həll olunub. Belə ki, Alim Nəbiyev rəqibini nakautla məğlub edərək MMA karyerasına parlaq qələbə ilə start verib.

Qeyd edək ki, Alim Nəbiyev növbəti dəfə oktyabrın 25-də Batumidə keçiriləcək “Grand Bellagio” turnirində rinqə çıxacaq.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
39
7
bakivaxti.az

7Источники