RU

Beyləqanda yol qəzası olub, bir nəfər ölüb -YENİLƏNİB

Beyləqan rayonunda (Mingəçevir-Stansiya Mingəçevir-Bəhramtəpə avtomobil yolunun 26-cı kilometrliyi) "Lexus" və "BMW" markalı iki minik avtomobilinin toqquşması nəticəsində yanğınla nəticələnən yol-nəqliyyat qəzası baş verib.

Bu barədə BAKU.WS FHN-dən bildirilib.

Yanğın nəticəsində "BMW" markalı minik avtomobilinin yanar hissələri yanıb. Yanğın yerinin kəşfiyyatı zamanı 1 nəfərin meyiti aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.

Digər avtomobil yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Избранный
21
10
far.az

10Источники