Bakı. Trend:
Bu gün Bakıda keçirilən turnirdə 7 qat dünya, 3 qat Avropaçempionu Alim Nəbiyev MMA üzrə ilk döyüşünə çıxıb. Onun rəqibiiranlı idmançı Nezhad Vahid olub.
Trend-in məlumatına görə, döyüşün taleyi birinci raundda həllolunub – Alim Nəbiyev rəqibini nakautla məğlub edərək MMAkaryerasına parlaq qələbə ilə start verib.
Qeyd edək ki, Alim Nəbiyev növbəti dəfə oktyabrın 25-də Batumidəkeçiriləcək “Grand Bellagio” turnirində rinqə çıxacaq.