ain.az, Apa.az portalına istinadən məlumat verir.
Xəbərə foto əlavə edilib.
***
saat 09.45
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Şəmkir rayonunda yol-nəqliyyat hadisəsinin baş verməsi və xilasedici köməyinə ehtiyac yaranması barədə məlumat daxil olub.
FHN-dən APA-ya verilən xəbərə görə, məlumatla əlaqədar qəza yerinə nazirliyin ən yaxın xilasetmə qüvvələri cəlb olunub.
Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, “Hyundai” markalı minik avtomobili yol kənarında ağaca çırpılıb və 1 nəfər avtomobildə sıxılı vəziyyətdə qalıb.
Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri tərəfindən həyata keçirilən tədbirlər nəticəsində meyit nəqliyyat vasitəsindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
***
saat 01.15
Şəmkirdə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan şəxs xəstəxanada ölüb.
Bu haqda APA-nın yerli bürosu məlumat verib.
Qəzada ölən sürücü 1990-cı il təvəllüdlü X. Çobanov, sərnişin isə 1991-ci il təvəllüdlü S. Məmmədovdur.
Faktla bağlı araşdırma aparılır.
***
00:20
Şəmkirdə ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
APA-nın yerli bürosunun məlumatına görə, qəza Bakı-Qazax magistral yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, hərəkətdə olan “Hyundai” markalı minik avtomobilinin sürücüsü idarəetməni itirib.
Nəticədə avtomobil yoldan çıxaraq yolun kənarındakı ağaca çırpılıb. Qəza zamanı 1 nəfər hadisə yerində ölüb.
Qəzadan sonra avtomobil deformasiyaya uğrayıb. Dərhal hadisə yerinə FHN Dövlət Yanğından Mühafizə Xidmətinin Şəmkir Rayon Dövlət Yanğından Mühafizə hissəsinin yanğınsöndürən-xilasediciləri cəlb olunub.
1 nəfərin meyiti nəqliyyat vasitəsindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Bir nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.