RU

Türk Dünyası Sığorta Birliyinin birinci Assambleyası Şuşada keçirilir

Türk Dünyası Sığorta Birliyinin birinci Assambleyası bu gün Azərbaycanın Şuşa şəhərində öz işinə başladı.

ASA-dan Finss.az-a verilən məlumata görə, Azərbaycan Mərkəzi Bankının strateji dəstəyi, Azərbaycan Sığortaçılar Assosiasiyasının təşkilatçılığı və Türk Dövlətləri Təşkilatının iştirakı ilə baş tutan assambleya türk dünyası sığortaçılarını ilk dəfə geniş tərkibdə bir araya gətirir.

Məlumata görə, assambleyada Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə, Özbəkistan və Şimali Kipr Türk Respublikasının maliyyə requlyatorları və sığorta assosiasiyaları iştirak edirlər.

Bildirilir ki, assambleya "Türk dünyası sığorta sənayesində requlyativ yanaşmalar" və "Türk Dünyası Sığorta Birliyi: Qarşıda Duran Hədəflər və Perspektivlər" adlı 2 panel üzrə müzakirələr təşkil olunacaq.

Assambleya çərçivəsində həmçinin türk dövlətlərinin sığortaçıları arasında birgə sənədin imzalanması da nəzərdə tutulub.

Избранный
19
11
fins.az

10Источники