RU

Kiyevdə Stubb və Conson arasında gərgin qarşıdurma: “Brexit” xatırladıldı

 Yalta Avropa Strategiyası (YES) konfransında Böyük Britaniyanın sabiq baş naziri Boris Consonla Finlandiya Prezidenti Aleksandr Stubb arasında açıq qarşıdurma yaşanıb.

Musavat.com xəbər verir ki, "İlta­lehti" qəzetinin yazdığına görə, Conson Avropa İttifaqını sərt tənqid edərək soruşub ki, nə üçün dondurulmuş 300 milyard avro dəyərində Rusiya aktivləri hələ də Ukraynaya yönəldilməyib. O, həmçinin “qətiyyətlilər koalisiyası”nın qüvvələrinin Ukraynada təhlükəsiz zonalara dərhal yerləşdirilməsini tələb edib.

Prezident Stubb isə cavabında bildirib ki, bu aktivlər Ukraynanın bərpası və ya reparasiyalar üçün nəzərdə tutulsa da, hələlik hüquqi risklər səbəbindən mümkün deyil. Onun sözlərinə görə, bəzi Aİ ölkələri, xüsusilə Belçika, ciddi hüquqi nəticələrdən ehtiyat edir.

Stubb daha sonra Consona istehzalı şəkildə toxunaraq deyib: “Bunu sizin yanınızda söyləmək xoş olmasa da, Ukrayna üçün ən yaxşı təhlükəsizlik təminatlarından biri Aİ üzvlüyüdür”.

Bu ifadə dərhal “Brexit”i xatırladan Consonun əsəbi reaksiyasına səbəb olub: “Sizin özünüzün də buna çox vaxtınız getdi”, – deyə o, Stubba cavab verib.

Musavat.com

Избранный
53
musavat.com

1Источники