RU

Azərbaycan axtarılan şəxsi Türkiyəyə təhvil verib

Azərbaycan "qırmızı bülleten"lə axtarılan şəxsi Türkiyəyə təhvil verib.

Operativ Media xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Ali Yerlkikaya "X" hesabında yazıb.

O bildirib ki, qəsdən adam öldürməyə görə beynəlxalq səviyyədə axtarışda olan İ.C. adlı şəxs Azərbaycandan Türkiyəyə aparılıb.

Nazirin sözlərinə görə, ümumilikdə altısı "qırmızı bülleten"lə axtarılan səkkiz nəfər Gürcüstan, Azərbaycan, Almaniya, Avstriya, Şimali Makedoniya və İrlandiyadan Türkiyəyə təhvil verilib.

Избранный
44
17
operativmedia.az

10Источники