RU

Gəncədə yataqxanalardan birinin eyvanı uçub - VİDEO

GƏNCƏ, 14 sentyabr. TELEQRAF

Gəncədə yataqxanalardan birinin eyvanı uçub.

Teleqraf-ın Qərb bürosu xəbər verir ki, hadisə şəhərin Gülüstan qəsəbəsində AKTA-6Qərərgah adlanan yataqxanada baş verib.

Sabah saatlarında Cuma Hüseynov və Ramin Rəhimovun məskunlaşdığı evin eyvanı anidən uçub. İlkin məlumata görə, hadisəyə səbəb binanın baxımsız və qəzalı vəziyyətdə olmasıdır. Sakinlər Teleqraf-a bildirib ki, hadisə ilə bağlı aiditı üzrə rəsmilərə məlumat verilib. Lakin rəsmilər hələki, hadisə yerinə gəlməyib.

Məlumat üçün onu da bildirək ki, sözügedən yataqxanada daha çox Kəlbcər rayonunda vaxtı ilə qaçqın düşmüş ailələr yaşayır.

Избранный
50
2
teleqraf.com

4Источники