RU

Vüsal İsgəndərli Albaniyada komandasının yeganə qolunu vurub

Albaniya çempionatının 3-cü turunda qarşılaşmalar davam edir.

İdman.biz xəbər verir ki, azərbaycanlı futbolçu Vüsal İsgəndərlinin çıxış etdiyi "Partizani" klubu "Vlajniya" ilə qarşılaşıb.

Görüş çətin keçib və "Partizani" 1:4 hesabı ilə məğlub olub. Matça start heyətində başlayan Vüsal İsgəndərli 26-cı dəqiqədə komandasının yeganə qolunu vuraraq hesabı açıb. O, 68-ci dəqiqədə əvəzlənib.

Qeyd edək ki, İsgəndərlinin fərdi uğuru, komandanın nəticəsindən asılı olmayaraq, Albaniya çempionatında diqqət çəkən olub.

İdman.biz

Избранный
30
8
idman.biz

10Источники