Bu gün Azərbaycan Premyer Liqasında 4-cü tura yekun vurulacaq.
Operativ Media xəbər verir ki, üçüncü oyun günündə daha iki qarşılaşma baş tutacaq.
Günün ilk qarşılaşmasında "Şamaxı" doğma meydanda "Karvan-Yevlax"ı qonaq edəcək. Matç saat 16:30-da başlayacaq.
Digər qarşılaşma isə saat 19:00-da "Neftçi Arena"da oynanılacaq. "Neftçi" "Sabah" klubunu qəbul edəcək.