RU

“Traktor”un Çempionlar Liqası oyunu Azərbaycanda canlı yayımlanacaq VİDEO

ain.az bildirir, Azpolitika.az saytına əsaslanaraq.

Azərbaycan teleməkanında ilk dəfə olaraq Asiya Çempionlar Liqasının oyunları İdman TV-də canlı yayımlanacaq.

Qaynarinfo xəbər verir ki, bu həm turniri izləmək istəyən azarkeşlər, həm də Təbrizin sevilən komandası "Traktor”un tərəfdarları üçün əsl müjdədir.

Turnirin ilk turu çərçivəsində ərəb derbisi baş tutacaq. Sentyabrın 15-də saat 20:00-da Birləşmiş Ərəb Əmirliklərinin "Əl Vəhda” klubu öz meydanında Səudiyyə Ərəbistanının "Əl İttihad” komandasını qəbul edəcək.

Təbrizin "Traktor” komandası isə ilk turda BƏƏ təmsilçisi "Şəbab Əl Əhli” ilə qarşılaşacaq. Gərgin və maraqlı matç sentyabrın 16-sı saat 20:00-da canlı yayımlanacaq.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
7
4
azpolitika.info

5Источники