RU

Niderlandda Üzeyir Hacıbəylinin 140 illik yubileyi qeyd olunub (FOTO)

Bakı. Trend:

Niderlandda dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin 140illik yubileyi və Milli Musiqi Günü böyük təntənə ilə qeyd edilib.Bu münasibətlə Haaqa şəhərində yerləşən “Theater de Vaillant”teatrının səhnəsində Azərbaycan musiqisinin incisi – “Leyli vəMəcnun” operası nümayiş olunub.

Azərbaycanın Niderlanddakı Səfirliyindən Trend-ə verilən məlumatagörə, tədbir Azərbaycan-Niderland Odlar Yurdu Cəmiyyətinintəşkilatçılığı və Azərbaycan Respublikasının Diasporla iş üzrəDövlət Komitəsinin dəstəyi ilə gerçəkləşib.

Rəsmi hissədə Azərbaycanın dövlət himni səsləndirilib,torpaqlarımızın azadlığı uğrunda canlarını fəda etmişşəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan Azərbaycanın Niderlanddakı səfiriMəmməd Əhmədzadə Azərbaycan bəstəkarlıq məktəbinin banisi ÜzeyirHacıbəylinin çoxşaxəli yaradıcılığı ilə Azərbaycan mədəniyyətitarixindəki rolu, o cümlədən Şərqin və Qərbin musiqinailiyyətlərinin dərin vəhdətində yaratdığı nadir sənət inciləri vəAzərbaycan musiqisini dünyada tanıtması, azərbaycançılıqməfkurəsinə dəyərli töhfələri barədə danışıb. Üzeyir HacıbəylininAzərbaycan mədəniyyətinin paytaxtı olan Şuşada anadan olduğunudeyən diplomat yubiley tədbirlərinin məhz azad edilmiş Şuşa vəQarabağda keçirilməsinin mühüm tarixi və mənəvi əhəmiyyətdaşıdığını və həm dahi bəstəkarın ruhuna ehtiram, həm dəqayıdışımızın rəmzi olduğunu deyib.

Daha sonra çıxış edən Azərbaycan-Niderland Odlar YurduCəmiyyətinin sədri, musiqiçi Frəngiz Bağırova "Leyli və Məcnun"operasının tarixi əhəmiyyəti, onun yaranma prosesi və ilk ifaçılarıbarədə məlumat verib. O bildirib ki, bu opera təkcə Azərbaycanındeyil, bütün Şərq aləminin ilk operası kimi musiqi tarixindəsilinməz iz qoyub. Əsərin zəngin folklor materialı, xüsusiləmuğamlar və xalq mahnıları əsasında yazıldığı, xalq musiqisi iləQərb musiqisinin uğurlu sintezi nəticəsində muğam-opera janrınınəsasını qoyduğunu deyib. F.Bağırova əlavə edib ki, “Leyli vəMəcnun” operası zamanla Azərbaycanın mədəni irsinin parlaqnümunəsinə çevrilib, ölkəmizdə və dünyanın müxtəlif ölkələrindədəfələrlə səhnələşdirilib və 2008-ci ildə YUNESKO tərəfindən bəşəriəhəmiyyətli yubiley kimi qeyd olunub.

Tədbirin bədii hissəsində, Niderland və Almaniyada yaşayanazərbaycanlı xanəndə və musiqiçilərin ifasında "Leyli və Məcnun"operasından seçilmiş parçalar təqdim olunub. Leyli obrazınıAzərbaycan Dövlət Opera və Balet Teatrının solisti Vüsalə Cabir,Məcnun obrazını isə istedadlı sənətçi Nəhmətəğa Əliyev ifa ediblər.Tarda Cavid Səlimov, pianoda isə Səbinə Məmmədova çıxış edərəktamaşaya musiqi müşayiəti veriblər.

İfalar tamaşaçılar tərəfindən böyük maraq və alqışla qarşılanıb.Sonda səfir M.Əhmədzadə bu möhtəşəm musiqi gecəsinin ərsəyəgəlməsində göstərdiyi zəhmətə görə F.Bağırovaya, səhnədəsənətsevərlərə unudulmaz anlar yaşadan ifaçılara və musiqiçilərətəşəkkürünü çatdırıb. Xanəndələr və musiqiçilərə xüsusitəşəkkürnamələr təqdim olunub.

Tədbir, Azərbaycan mədəni irsinin Niderland ictimaiyyətinətanıdılması ilə yanaşı, musiqi vasitəsilə xalqlar arasında mədənidialoqun və qarşılıqlı anlaşmanın möhkəmlənməsinə töhfə verib.

Niderlandda
Niderlandda
Niderlandda
Niderlandda
Niderlandda
Niderlandda
Niderlandda
Niderlandda
Niderlandda
Niderlandda
Niderlandda
Niderlandda
Niderlandda
Niderlandda
Niderlandda
Niderlandda
Niderlandda
Niderlandda
Niderlandda
Избранный
46
4
az.trend.az

5Источники