RU

Gəncədə qəza olub, 4 nəfər xəsarət alıb

Gəncədə yol nəqliyyat hadisəsi baş verib.

Hadisə şəhər ərazisində qeydə alınıb.
 
Hərəkətdə olan iki minik avtomobilinin toqquşması nəticəsində 4 nəfər xəsarət alaraq xəstəxanana yerəşdirilib.

Xəsarət alanlar 2006-ci il təvəllüdlü S.Ələkbərov, 2006-cı il təvəllüdlü N.Həsənova, 2008-ci il təvəllüdlü G.Həsənova və 1981-ci il təvəllüdlü B.Həsənovadır. Yaralıların vəziyyətinin orta ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Избранный
35
13
7news.az

10Источники