Urmiya zindanında saxlanılan məhbus Nasir Bəkrzadə yenidən ölüm cəzasına məhkum olunub.
"Cebheinfo.az" xəbər verir ki, məlumatı insan haqları təşkilatları yayıb.
Bildirilir ki, edam hökmünü Urmiyanın İnqilab Məhkəməsinin ikinci bölməsi çıxarıb. Bundan əvvəl isə məhkəmənin üçüncü bölməsi 26 yaşlı məhbus barəsində ölüm hökmü vermişdi.
Nasir Bəkrzadə 2024-cü ilin yanvarında həbs olunub və “İsrailə casusluq” ittihamı ilə mühakimə edilib.
"Cebheinfo.az"