RU

Evlilik təklifi alan qadının ürəyi GETDİ - VİDEO

Türkiyədə maraqlı anlar yaşanıb. Sevgilisindən evlilik təklifi alan gənc qadın həyəcanın təsirindən huşunu itirib.

Bizim.Media xəbər verir ki, hadisə İstanbul boğazı mənzərəsi fonunda qeydə alınıb.

Gənc oğlan sevgilisinə sürpriz hazırlayaraq üzük təqdim edib. Anidən qarşılaşdığı bu təklif qarşısında emosiyalarına hakim ola bilməyən qadının isə ürəyi gedib.

Görüntülər sosial şəbəkələrdə yayılaraq gündəm olub. İzləyicilərdən bəziləri bu anları "romantik və unudulmaz", digərləri isə "təhlükəli dərəcədə həyəcanlı" adlandırıb.

Qadının vəziyyətinin yaxşı olduğu bildirilib. (Milli.az)



Bizim.Media

Избранный
42
7
bizim.media

8Источники