RU

Türkiyədə FETO-nun Yunanıstana getmək istəyən səkkiz üzvü saxlanılıb

Türkiyədə FETO-nun səkkiz üzvü Polşa bayraqlı qayıqla Yunanıstana getməyə çalışarkən saxlanılıblar.

"Report" xəbər verir ki, bu barədə "Haber Global" məlumat yayıb.

Qeyd olunur ki, FETO üzvlərinin fəaliyyətlərinin ifşası və qarşısının alınması, şübhəli şəxslərin tutulması məqsədi ilə Muğla Polis İdarəsi Kəşfiyyat Şöbəsi, Qaçaqmalçılıq və Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Şöbəsinin əməkdaşları Datça rayonunda qayıqla ölkədən qaçmağa hazırlaşan terrorçuları aşkarlayıb.

Qayıq Datça sahillərində sahil mühafizə xidmətinin əməkdaşları tərəfindən saxlanılıb.

Onlar məhkəməyə veriliblər.

Избранный
11
8
musavat.com

9Источники