RU

Kardioloq Corvalolun təhlükələri barədə xəbərdarlıq edib

Kardioloq İrina Vasilyeva yaşlı insanlara ürək problemləri zamanı Corvaloldan istifadə etməməyi tövsiyə edib.

E-saglam.az xəbər verir ki, onun sözlərinə görə, dərman vəziyyəti tez yüngülləşdirsə də, yalnız simptomları gizlədir və təhlükəli xəstəlikləri pərdələyə bilər.

Vasilyeva bildirib ki, Corvalol asılılıq yaradır və bir çox insan çəkilmə simptomlarının qarşısını almaq üçün ona müraciət edir.

Həkim əlavə edib ki, bu preparat ürək-damar xəstəliklərinin müalicəsi üçün rəsmi protokollarda yoxdur və yüksək dozada tənəffüsün dayanmasına səbəb ola bilər.

Tərcümə: Könül Oruc

E-saglam.az

Избранный
28
e-saglam.az

1Источники