RU

Rusiya Ordusu Ukraynanın Donetsk vilayətini atəşə tutub, ölənlər var

Azpolitika.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

Rusiya işğalçıları Ukraynanın Donetsk vilayətinin məskunlaşdığı əraziləri sutka ərzində 46 dəfə atəşə tutub, nəticədə 4 nəfər həlak olub.

"Report"un xəbərinə görə, bu barədə Donetsk Vilayət Hərbi Administrasiyasının rəhbəri Vadim Filaşkin teleqram kanalında məlumat verib.

"Sentyabrın 13-də rusiyalılar Donetskin 4 sakinini - Konstantinovkada qətlə yetiriblər. Sutka ərzində bölgədə daha 14 nəfər yaralanıb", - o yazıb.

Yaşayış məntəqəsinin atəşə tutulması nəticəsində bir neçə hündürmərtəbəli yaşayış binası, avtomobillər, inzibati binalar və s. zərər çəkib.

Gün ərzində cəbhə xəttindən 109-u uşaq olmaqla 1001 nəfər təxliyə edilib.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
17
6
azpolitika.info

7Источники