RU

Babək rayonunun bu ərazilərində 4 gün işıq olmayacaq

Bizim media saytına istinadən ain.az xəbər verir.

Sentyabrın 15-dən 19-dək Babək rayonunun Cəhri qəsəbəsi və Gülşənabad kəndində elektrik enerjisinin verilişində gün ərzində fasilələr olacaq.“Azərişıq” ASC-dən Bizim.Media-ya verilən məlumata görə, bu müddət ərzində 35/10 kV-luq Cəhri yarımstansiyasından qidalanan 10 kV-luq Cəhri-1, Cəhri-2 və Cəhri-3 hava xətlərində payız-qış mövsümünə hazırlıq tədbirləri həyata keçiriləcək.

 

Plan üzrə xətlərə toxunan ağacların kəsilməsi, boş sallanmış naqillərin çəkilərək bərkidilməsi, KTM-lərin (komplekt transformator məntəqələri) təmiri və ətrafının təmizlənməsi işləri görüləcək.

Bununla əlaqədar olaraq, Cəhri qəsəbəsi və Gülşənabad kəndində elektrik enerjisinin verilişində müvəqqəti fasilələr olacaq.Bizim.Media

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
10
25
bizim.media

10Источники