ain.az xəbər verir, Cebheinfo saytına əsaslanaraq.
Gəncənin Gülüstan qəsəbəsində yerləşən "AKTA-6 Qərargah" adlanan yataqxanada eyvan uçub.
"Cebheinfo.az" Bakupost.az-a istinadən xəbər verir ki, hadisə səhər saatlarında Cuma Hüseynov və Ramin Rəhimovun yaşadığı mənzildə baş verib.
İlkin ehtimallara görə, səbəb binanın qəzalı və baxımsız vəziyyətdə olmasıdır. Sakinlərin sözlərinə görə, onlar məsələ ilə bağlı aidiyyəti qurumlara məlumat veriblər, lakin hələ ki, rəsmilər hadisə yerinə gəlməyib.
Qeyd edək ki, həmin yataqxanada əsasən, vaxtilə Kəlbəcərdən məcburi köçkün düşmüş ailələr məskunlaşıb.
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.