Göygöl Rayon Mərkəzi Xəstəxanası tibbi tullantıların daşınması və zərərsizləşdirilməsi xidmətlərinin satın alınması ilə bağlı elan etdiyi tenderin qalibi “GSL Service” MMC olub.
NOCOMMENT.az 32gun.az-a istinadən xəbər verir ki, tərəflər arasında 175.164,98 AZN məbləğində müqavilə imzalanacağı gözlənilir.
Müqaviləyə əsasən, B və C sinfi üzrə tibbi tullantıların 752 m³ həcmində zərərsizləşdirilməsi, 23.092,608 km məsafədə daşınması, eləcə də D sinfi üzrə tibbi tullantıların 1.000 kq zərərsizləşdirilməsi və 23.092,608 km məsafədə daşınması nəzərdə tutulur.
Qalib şirkətin nizamnamə kapitalı cəmi 10 manatdır, qanuni təmsilçisi isə Elnur Ocadov Hüseyn oğludur.