ain.az bildirir, GlobalInfo saytına əsaslanaraq.
“Rumıniyanın hava məkanını pozan pilotsuz uçuş aparatı (PUA) vurulmayıb”.
Globalinfo.az xəbər verir ki, bunu ölkənin müdafiə naziri İonut Moştyanu deyib.
“Radarlar pilotsuz uçan aparatı aşkar edərək, ölkənin hava məkanına yaxınlaşdığını göstərib. Bu fonda Rumıniya təyyarələrini səmaya qaldırdı. Dronu vurmağa yaxın idik. Amma PUA çox aşağıdan uçurdu, bir anda o, Ukraynaya doğru uçdu “, – o bildirib.
Qeyd edək ki, sentyabrın 13-də Rumıniya Müdafiə Nazirliyi ölkənin hava məkanının PUA ilə pozulduğunu açıqlayıb.
Əliyar Xəlil
Globalinfo.az
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.