Gununsesi saytına istinadən ain.az xəbər verir.
Qətərin paytaxtı Dohada Ərəb Liqası və İslam Əməkdaşlıq Təşkilatı (İƏT) üzvlərinin növbədənkənar iclası keçirilir.
Gununsesi.info-nun xəbərinə görə, Ərəb Liqası və İƏT xarici işlər nazirlərinin qapalı formatda keçirilən fövqəladə görüşü İsrailin Fələstinin HƏMAS hərəkatının iqamətgahlarından birinə endirdiyi zərbəyə həsr olunub.
Görüş insidentlə bağlı razılaşdırılmış mövqenin hazırlanması məqsədi daşıyır. Qətərin Baş nazirinin müşaviri, Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Məcid bin Məhəmməd əl-Ənsarinin sözlərinə görə, iştirakçılar sentyabrın 15-də Dohada keçiriləcək Ərəb Liqası və İƏT sammitinin yekun qətnamə layihəsini hazırlayacaqlar.
Ərəb və İslam ölkələri liderlərinin İsrailin HƏMAS-ın Dohadakı iqamətgahına endirdiyi zərbələri kəskin şəkildə pisləyəcəkləri və Qətər hakimiyyəti ilə həmrəylik ifadə edəcəyi gözlənilir. Sammitin yekun sənədində vasitəçi rolu yerinə yetirən dövlətlərin ərazisinə hücumların yolverilməzliyi ilə bağlı müddəalar da yer alacaq.
Gununsesi.info
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.