Siyasi fəal Çarli Kirki öldürməkdə şübhəli bilinən 22 yaşlı Tayler Ceyms Robinson təqsirini etiraf etməkdən və istintaqla əməkdaşlıqdan imtina edir.
Publika.az xəbər verir ki, bunu ABŞ-ın Yuta ştatının qubernatoru Spenser Koks bildirib.
Koksun sözlərinə görə, Robinsonun ətrafındakı hər kəs isə əməkdaşlıq edir. Belə ki, şübhəlinin otaq yoldaşı da istintaqla əməkdaşlığını davam etdirir.
Qeyd edək ki, Robinson ağır qətl törətməklə yanaşı, qanunsuz silah saxlamaqda və ədalət mühakiməsinə mane olmaqda da ittiham olunur.
Trampın tərəfdarı olan 31 yaşlı Çarli Kirk sentyabrın 10-da universitetdə çıxışı zamanı güllələnib. O, xəstəxanada dünyasını dəyişib. Qətli törətməkdə şübhəli bilinən Yuta sakini Tayler Ceyms Robinson bir gün sonra saxlanılıb.