RU

"Fikrimcə, hesab oyuna görə olmadı" - Azər Həşimov

"Karvan-Yevlax" Misli premyer-liqasının 4-cü tur matçında "Şamaxı"nın meydanından böyükhesablı məğlubiyyətlə ayrıldı - 0:3.

"Football-plus.az" xəbər verir ki, qonaqların baş məşqçisi Azər Həşimov oyunsonrası mətbuat konfransında jurnalistlərin suallarını cavabladı.

- Ayxan Abbasovu millimizin baş məşqçisi kimi bir xal qazanması münasibəti ilə təbrik edirəm. Oyuna gəlincə, komandamız əzmkar oyun nümayiş etdirdi. Fikrimcə, hesab oyuna görə olmadı. Fərdi səhvlər səbəbindən qollar buraxdıq. İkinci qoldan sonra komandada ruh düşkünlüyü yaşandı. Geridönüş etməyə çalışsaq da, alınmadı. Futbolda bu cür hallar olur. Milyonluq futbolçular da səhv edir. Bu idman növü səhvlərin üzərində qurulub. Səhvlərimizi təhlil edib "İmişli" ilə matça daha yaxşı hazırlaşacağıq. Zədəli futbolçularımız da var idi. Bu da oyuna təsir etdi.

- Künc zərbəsindən buraxdığınız qolda qapıçını nə dərəcədə günahlandırmaq olar?
- Futbolda belə səhvlər olur. Kamran kimi bütün qapıçılar xətaya yol verir. Birbaşa künc zərbəsindən qol olursa, deməli qapıçının səhvi var. Ümumiyyətlə, uduzmuşuqsa, deməli hamının səhvi var.

- Əsas qapıçınız Pedro Mateuş nə vaxt komandaya qoşulacaq?
- Çox güman ki, gələn həftə məşqlərə başlayacaq. Zədəli oyunçuların isə müalicəsi davam edir.

Избранный
34
8
football-plus.az

10Источники