RU

Ayxan Abbasov: "Millidən təklif gəlsə, müzakirə olunmalıdır"

"Bizim üçün önəmli oyun idi. Bu gün azarkeşlərimizə qələbə hədiyyə etmək istəyirdik. İlk qələbəmizi qazandıq. Hər xal önəmlidir. İşimizin öhdəsindən gəldik".

İdman.biz xəəbər verir ki, bunu "Şamaxı"nın baş məşqçisi Ayxan Abbasov Misli Premyer Liqasının 4-cü turu çərçivəsində doğma meydanda "Karvan-Yevlax"ı 3:0 hesabı ilə məğlub etdikləri oyunu şərh edərəkə deyib.

"Karvan-Yevlax"ın əvvəlki oyunlarına baxdığlarını xatırladan mütəxəssis bildirib ki, rəqib çox yaxşı mübarizə aparıb: "İlk qolu vurandan sonra oyun bizim nəzarətimizdə oldu. Bundan da yaxşı ola bilərik. Futbolçularımızın potensialı var. Milli fasilədən səmərəli istifadə etdik. Sevindirici haldır ki, ikinci hissədə meydanda gənc oyunçuların sayı çoxaldı. Burada qazanan milli komanda olacaq. Çempionat daha da sərtləşir. Növbəti oyunlara hazırlaşacağıq".

O, gənc oyunçuların performansından da söz açıb: "Əlbəttə ki, hazırda onlardan yüz faiz razı deyilik. Emil Süleymanov artıq bizim əsas oyunçumuzdur. Oruc Məmmədov da formasını bərpa edib. Həm millidə, həm də klubda yaxşı oynadı. Rüfət Abbasov daim əsas heyətdə çıxış edir. Edqar Adilxanov əməliyyat olunacaq. Təxminən 3 həftə bizimlə olmayacaq. Milli komandada zədələnib. Sənan Muradlı 2006-cı il təvəllüdlüdür. Gələcəyi hələ qarşıdadır. Nihat Mehralıyevin Premyer Liqada ilk oyunu idi. Onlara vaxt lazımdır. İnanıram ki, gələcəkdə hamısı bizə xeyir verəcək".

Baş məşqçi qarşıda millinin Fransa ilə keçirəcəyi oyunun "Şamaxı"dakı işinə təsir edib-etməyəcəyinə də aydınlıq gətirib: "Mən U-21 millisinin baş məşqçisiyəm. Bir oyunluq əsas milliyə kömək etdim. Hazırda mənim bütün fikrim "Şamaxı" və U-21-in qarşıdakı iki oyunundadır. Əsas millidə davam etmək təklifi olarsa, bu, müzakirə olunmalıdır. Fikir mübadiləsi aparılacaq çox mövzular var. Tək Fransa ilə oyuna hazırlıqdan söhbət gedə bilməz. Yəqin ki, federasiyanın vaxtı var. Yaxşı düşünəcəklər. Çünki qərar düz olmalıdır. Gələn məşqçi tək bu oyunları yox, gələn ili də düşünməlidir. Bu, böyük mövzudur. Biz federasiyasının məşqçisiyik. Ehtiyac varsa, canla-başla hazırıq. İnanırlarsa, fikir mübadiləsi aparmaq olar".

Ayxan Abbasov Fernandu Santuşun qarşısına qoyulmuş Avro-2028-ə vəsiqə qazanmaq hədəfi ilə bağlı sualı özünəməxsus tərzdə cavablandırıb: "Millimizdə potensial var. Püşkdən, sistemdən asılıdır. Futbolda hər şey olur. Bu gün bizim futbolçular "Qarabağ"la Çempionlar Liqasında iştirak edir. İnanmaq lazımdır. Bu, bir günün işi deyil. Bir sistemlə çalışsaq, nələrəsə nail olmaq olar. Deyə bilərlər ki, sizin U-21 milliniz də 0:5 uduzub. Amma oyuna baxmaq lazımdır. Futbolçular Portuqaliyaya qarşı çəkinmədən mübarizə apardılar. Məğlubiyyətlər də, böyük hesablar da olacaq. Moldova Norveçə 1:11 hesabı ilə məğlub olur. Türkiyənin İspaniya ilə matçını (0:6) gördük. Heç kim bundan sığortalanmayıb. Biz onlardan böyük komanda deyilik ki".

İdman.biz

Избранный
17
9
idman.biz

10Источники