Ajans.az Teleqraf-a istinadən xəbər verir ki, yaralı polis ilk olaraq Bərdə Diaqnostika Mərkəzinə çatdırılıb, daha sonra paytaxda yerləşən xəstəxanalardan birinə göndərilib. Qeyd edək ki, sentyabrın 14-də Xankəndi şəhərinin erməni əsilli sakini 1967-ci il təvəllüdlü Avanesyan Karen Albertoviç yaşadığı yerdən şəhərin yaxınlığındakı meşə massivinə gedərək qabaqcadan orada gizlətdiyi “Kalaşnikov” avtomatını və ona aid patronla dolu 4 sandıqcanı, eləcə də 5 ədəd qumbaranı götürüb Xankəndi şəhərində keçirilən tədbir yerinə yaxınlaşmaq istəyərkən polis əməkdaşları tərəfindən saxlanılıb, bu zaman K.Avanesyan 3 ədəd əl qumbarası atmaqla və avtomatdan atəş açmaqla polisə silahlı müqavimət göstərib. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən verilən məlumata görə, cavab atəşi nəticəsində güllə yarası almış K.Avanesyan tutulub.

Əməliyyat zamanı bir polis əməkdaşı yaralanıb.