RU

"Ümid edirəm ki, davam edəcək"

“Liverpul”un baş məşqçisi Arne Slot Məhəmməd Salahın gələcəkdə yüksək səviyyəsini saxlaya biləcəyi barədə danışıb.

90deqiqe.Az xəbər verir ki, "NBC Sports" mütəxəssisin fikirlərini belə çatdırıb:

“Ümid edirəm ki, bu uzun müddət davam edəcək. Salah bu mövsüm bizim üçün vacibdir və ötən mövsümlərdə də önəmli rol oynayıb. “Liverpul”da oynadığı bütün müddət ərzində o, daim əsas oyunçulardan olub. Bu həm komandamız, həm də onun üçün əla bir an oldu, çünki son iki matçda qol vura bilməmişdi.”

Qeyd edək ki, “Liverpul” “Börnli” üzərində qələbə sayəsində 4 oyundan sonra turnir cədvəlində birinci pillədədir. Bu mövsüm Salah 5 oyunda 2 qol vurub və 1 məhsuldar ötürmə edib.

Избранный
41
90deqiqe.az

1Источники