RU

İsraildən İranla bağlı sensasiya: “Yerini bilirik!”

İsrailin kəşfiyyat xidməti MOSSAD İranın zənginləşdirilmiş uran ehtiyatlarının yerini dəqiq bilir.

Turkustan.az xəbər verir ki, bu barədə “The Jerusalem Post” məlumat yayıb.

Qeyd olunub ki, İsrailin indiyədək həyata keçirdiyi hərbi əməliyyatlar zamanı bu ehtiyatlar hədəf alınmayıb.

Nəşr yazır ki, Tehran bu urandan nüvə silahı yaratmaq üçün istifadə etməyə cəhd edərsə, MOSSAD müdaxilə etmək imkanına malikdir. MOSSAD həmçinin İranın uran ehtiyatlarını Atom Enerjisi üzrə Beynəlxalq Agentliyə (AEBA) təqdim edənə qədər məsələnin diqqət mərkəzində qalacağını bildirib.

Qərb tərəfi İrandan uran ehtiyatlarına nəzarətə icazə verilməsini tələb edir./globalinfo.az/

Избранный
45
1
turkustan.az

2Источники