RU

“O, mənim dostum və qardaşımdır, “qızıl top”a layiqdir”

PSJ-nin sabiq müdafiəçisi, hazırda Meksikanın “Monterrey” klubunda forma geyinən Serxio Ramos dostu və keçmiş komanda yoldaşı Əşrəf Hakimi barədə yüksək fikirlər səsləndirib.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, ispaniyalı futbolçu, 2025-ci ildə “qızıl top” mükafatının mərakeşli müdafiəçiyə qismət olmasını arzuladığını bildirib:

“O, mənim dostum və qardaşımdır. Hakimi “qızıl top”a layiqdir.

Hamı onu dəstəkləməlidir. Çünki o, dünya səviyyəli futbolçudur və peşəkarlığın nümunəsidir”.

26 yaşlı Hakimi ötən mövsüm PSJ-nin heyətində bütün turnirlərdə 55 oyuna çıxıb, 11 qol vurub və 16 məhsuldar ötürmə ilə yadda qalıb.

O, Paris təmsilçisi ilə Liqa 1-in, UEFA Çempionlar Liqasının, həmçinin, Fransa kuboku və superkubokunun qalibi olub.

“Qızıl top” mükafatının təqdimetmə mərasimi sentyabrın 22-də Parisdə keçiriləcək.

Избранный
29
sportinfo.az

1Источники