RU

Çində sirli partlayış müşahidə edildi

BAKI, 15 sentyabr. TELEQRAF

Çinin Şandun əyalətində sirli partlayış baş verib

Teleqraf xəbər verir ki, bu barədə yerli “Yangcheng Evening News” (YEN) nəşri yazıb.

Partlayışın səbəbləri hələ açıqlanmır.

Versiyalardan birinə görə, naməlum uçan obyekt vurulub.

Şahidlər bildiriblər ki, göydə parlaq, məşələ bənzər işıq nöqtəsi peyda olub və çox sürətlə hərəkət edib.

“İki işıq şüası havada kəsişib və dərhal partlayıb, güclü bir parıltı və iki qulaqbatırıcı zərbə baş verib. Partlayış bəzi evlərin pəncərələrinin titrəməsinə səbəb olub", - nəşr qeyd edib.

Избранный
8
14
teleqraf.com

10Источники